Xəbər - Samir Əli – Trend:
22-29 iyun tarixlərində Bakıda 19 nəfəri gün vurub.
Bakı şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından AzerTimes-a verilən məlumata görə, günvurma ilə bağlı müraciət edənlərdən 7-i uşaq, 12-i böyükdür:
“Müraciət edənlərdən 7 nəfər hospitalizasiya olunub, digərlərinə isə yerində yardım göstərilib”.