Bir həftə ərzində Ukraynanı bir milyona yaxın qaçqın tərk edib – BMT

Ukraynada hərbi əməliyyatların davam etdiyi bir həftə ərzində
ölkəni bir milyona yaxın qaçqın tərk edib.

Trend-in
məlumatına görə, bunu BMT-nin qaçqınların işi üzrə ali komissarı
Filippo Qrandi öz “Twitter” səhifəsində yazıb.


“Cəmi yeddi gün ərzində biz Ukraynadan bir milyon qaçqının qonşu
ölkələrə keçməsinin şahidi olmuşuq. Ukrayna daxilindəki digər
milyonlarla şəxsə yardım göstərilməsi üçün isə topların susmasının
vaxtıdır”, – BMT nümayəndəsi yazıb.