Bir həftə ərzində koronavirusa yoluxma halları 21 faiz azalıb – ÜST

Son bir həftə ərzində 12 milyondan çox insan koronavirus
infeksiyasına yoluxub, 67 mindən çox insan ölüb. Yoluxma hallarının
sayı əvvəlki 7 günlə müqayisədə 21 faiz, ölənlərin sayı isə 8 faiz
azalıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
bildirib.

Məlumata əsasən, fevralın 14-dən 20-dək COVID-19-a yeni yoluxma
hallarının sayı bundan əvvəlki həftə ilə müqayisədə 21 faiz,
ölənlərin sayı isə 8 faiz azalıb.

Təşkilata 12 793 962 nəfərin yoluxduğu barədə məlumat daxil
olub. 67 519 ölüm halı qeydə alınıb.

Xüsusilə əhəmiyyətli dərəcədə azalma Şərqi Aralıq dənizi (34
faiz) və Amerikada (29 faiz) qeydə alınıb. Dünyada bir həftə
ərzində bütün yeni yoluxma hallarının 56 faizi payına düşən
Avropada bu göstərici 26 faiz azalıb. Ölüm halları Qərbi Sakit
okean regionunda (21 faiz) və Afrikada (20 faiz) artıb. Eyni
zamanda digər bölgələrdə bu göstərici azalıb.