Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan koronavirusa yoluxub, 55 mindən çox insan ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.
Məlumata əsasən, yeddi gün ərzində yeni yoluxmaların və ölümlərin sayı 10% azalıb:
“COVID-19-dan yoluxma və ölüm hadisələrinin sayı bir həftə ərzində azalmağa davam etdi: 20-26 sentyabr tarixlərində 3,3 milyondan çox yoluxma və 55 mindən çox ölüm halı barədə məlumatlar gəlib”.
Yoluxma və ölümlərin sayı əvvəlki həftəyə nisbətən 10% azaldığı vurğulanıb.