Bir günlük tətil Fransaya 1.5 milyard avroya başa gələcək

Bir günlük tətil Fransaya 1.5 milyard avroya başa gələcək

Martın 7-də Fransada keçiriləcək bir günlük ümummilli tətil ölkəyə 1,5 milyard avroya başa gələcək.

AzerTimes xəbər verir ki, bunu Fransa Kiçik və Orta Müəssisələr Konfederasiyasının baş katibi Jan-Ed dü Mesnil deyib.

“Çərşənbə axşamı pensiya islahatına qarşı keçiriləcək bir günlük tətil Fransaya 1,5 milyard avroya başa gələcək”,- Mesnil bildirib.

Qeyd edək ki, fevral ayında Fransa Həmkarlar İttifaqları martın 7-də Milli tətil elan edərək, hökumətin pensiya islahatı layihəsini nəzərdən keçirməyəcəyi təqdirdə ölkəni bloklamağa çağırmışdı.

Teqlər: