Bir gündə təxminən 9,4 min insan Livandan Suriya ərazisinə keçib.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Müharibə Tərəflərinin Barışıq Mərkəzinin rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk deyib.
“Gün ərzində Livan ərazisindən “Əl-Arida”, “Əl-Cəvasiya”, “Əl-Dabuhiya”, “Cəsr əl-Qəmər” və “Caidut Yabus” keçid məntəqələri vasitəsilə Suriya sərhədini 9395 nəfər keçib”, – deyə bildirilib.