Hacıqabul seysmik zonada yerləşən rayonumuzdur. Gün ərzində baş verən zəlzələlərdə narahatlığa səbəb olacaq heç nə yoxdur. Bölgədə güclü zəlzələ gözlənilmir.
Bu sözləri AzerTimes-a açıqlamasında AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Qeyd edək ki, bu gün Hacıqabul ərazisində 5 zəlzələ baş verib.