Bir güllədən beş adam da ölə bilər… – Ekspert

Bir güllədən beş adam da ölə bilər… – Ekspert

“Belə bir halın baş verə bilmə ehtimalı varmı?”soruşuruqsa, bəli, beynəlxaq təcrübəyə əsaslanıb, bunun mümkün olduğunu deyə bilərəm.

Bu barədə AzerTimes-a açıqlamasında kriminalist Şəmistan Əliyev Qarabağda xidməti silahdan açılan 1 atəşdən 2 polis zabitinin xəsarət alması ilə bağlı deyib.

“Əvvəlcə bilmək lazımdır ki, hadisə hansı silahdan və güllədən olub? İstintaqa müdaxilə edə bilmərik, bu barədə hazırda ancaq ehtimal etmək olar. Faktla bağlı dəqiqliklə məlumat olmadığı üçün də bir şey demək olmur. Beynəlxaq təcrübəyə əsalaslanıb, bunun mümkün olduğunu deyə bilərəm. Tutaq ki, düşmən bir nəfəri nişan alır. Açılan güllə həmin şəxsin şah damarına dəyib, yanındakının ürəyinə girə bilir. Nadir hallarda ola biləcək hadisələrdir, amma dediyimiz kimi, mümkündür, ola bilər. Burada onu da bilmək lazımdır ki, qanaxma olub, ya yox?”-, o bildirib.

Kriminalist Teymur Baloğlanov da belə halların praktikada baş verdiyini deyib:

“Bir güllə ilə beş adam da ölə bilər. Məlum hadisənin şahidi deyilik, amma söhbət ehtimallardan gedirsə, əlbəttə, mümkün ola biləcək hadisədir. Hələlik mətbuatdan oxumaqla hadisəyə dəqiq fikir bildirmək olmur. Bəlkə silah təmizlənəndə olub, bəlkə də başqa cür. Hər şeyin dəqiqini istintaqın nəticəsi deyəcək”.

Qeyd edək ki, martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Teqlər: