Bir güllə atmadan 4 kəndin qaytarılması… – İsti şərh

Bir güllə atmadan 4 kəndin qaytarılması… – İsti şərh

Son həftələrdə işğalda olan kəndlərimizin geri qaytarılması ilə bağlı danışıqlar ciddi bir mərhələyə keçmişdi. Paşinyanın da Voskepara (Əskipara) səfərlərinin səbəbi bu idi.

Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndin qaytarılmasını növbəti qələbə adlandırıb:

“Artıq bu gün dörd qeyri-anklav kəndin qaytarılması qərarı rəsmi şəkildə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə qəbul olunub. Əsas məsələ prosesin başlanmasıdır. Mübahisəli olmayan kəndlərin Azərbaycana qaytarılması isə delimitasiya və demarkasiya prosesində aktivləşməyə, həm də müsbət əhval-ruhiyyənin formalaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, mərhələli şəkildə digər anklav kəndlərimiz də geri qaytarılacaq. Ermənistan bu kəndlərin qaytarılmamasını mübahisə səbəbi kimi görürdü. Paşinyan özü dəfələrlə bunu demişdi. Azərbaycanın da beynəlxalq hüquqla buna tam haqqı var idi. Fikrimcə, rəsmi İrəvan bu dəfə doğru qərar verdi. Bir güllə atılmadan və şəhid verilmədən kəndlərin geri qaytarılması Azərbaycanın növbəti qələbəsidir. Münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Növbəti mərhələlərdə isə Zəngəzur dəhlizi ilə bağlı da konkret addımların atılacağını düşünürəm”.

Teqlər: