Bir güləşçimiz Avropa çempionu oldu, ikisi finalda!

Bir güləşçimiz Avropa çempionu oldu, ikisi finalda!

20:52

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

AzerTimes xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.

***

Altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Ceyhun Allahverdiyev (61 kq) macarıstanlı Joltan Mişeyə (11:1), bolqarıstanlı Denis Naimə (10:0) və ispaniyalı Mark Alvaresə (11:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Ceyhun həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla qarşılaşacaq.

Əkbər Vəliyev (74 kq) slovakiyalı Robin Mikeçi (10:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Vadim Tsurkana sonuncu xal prinsipinə əsasən (8:8) məğlub olub.

Timur Gülmaqomedov (86 kq) polşalı Filip Blaşçikə 4:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Muşeq Mkrtçyana sonuncu xal prinsipinə (3:3) əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak imkanı qazanıb. Gülmaqomedovun rəqibi macarıstanlı Peter Jivnovski olacaq.

Rəvan Musayev (92 kq) litvalı Tomas Barsamyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda bolqarıstanlı Sali Saliyevə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Yusif Dursunov (125 kq) finlandiyalı Matias Katayanı (10:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda isə ukraynalı Vladimir Koçanovdan güclü olub – 4:0. Yusif finalda türkiyəli Hakan Böyükçınqılla üz-üzə gələcək.

Teqlər: