Bir gəmi gün ərzində iki dəfə raketlə vuruldu

Bir gəmi gün ərzində iki dəfə raketlə vuruldu

Səhər saatlarında Yəmən ərazisindən hücuma məruz qalan ticarət gəmisi növbəti dəfə raketlə vurulub.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında deyilir.

Bildirilib ki, hadisə Qırmızı dənizdə, Moha limanından 33 dəniz mili şimal-qərbdə baş verib.

“Ticarət gəmisinin kapitanı növbəti raket zərbəsi barədə məlumat verib. Gəmiyə yeni ziyan dəyib. Ekipaj təhlükəsizlikdədir, gəmi təyinat limanına doğru gedir. Koalisiya qüvvələri insidentin səbəblərini araşdırır”, – deyə bildirilib.

Teqlər: