Ötən gecə hava hücumundan müdafiə qüvvələri Belqorod, Voronej, Rostov vilayətləri və Azov dənizi üzərində Ukraynanın 18 PUA-sını vurub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 18 təyyarə tipli PUA-nı məhv edib və ələ keçirib. Altı PUA Belqorod vilayəti ərazisi üzərində, altı PUA Voronej vilayəti ərazisi üzərində, beş PUA Azov dənizi üzərində və bir PUA Rostov vilayəti ərazisi üzərində məhv edilib və ya ələ keçirilib”, – məlumatda deyilib.