Bir dolların fantastik qiyməti nə ilə bağlıdır? – Ekspertdən açıqlama

Son günlər ölkəmizdə 1 dollarlıq əsginasların elan saytlarında
və sosial şəbəkələrdə kütləvi satışa çıxarılması il bağlı elanlara
rast gəlmək mümkündür. Elanlarda 2013-cü ildə tədavülə buraxılmış
bir dolların 100, 1000, 3000 manata satın alınacağı təklif
olunur.

Bəzi iddialara görə, həmin əsginasların kütləvi satışa
çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın “Twitter”dəki
paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları
məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kazımlı Trend-ə bildirib ki, bir
dolların dəyərindən baha satılması heç bir iqtisadi əsasa
söykənmir.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Bankının 2013-cü ildə tədavülə
buraxdığı bir dollarların baha satılması barədə heç bir qərarı
yoxdur. Bir dolların dəyərindən baha satılması daha çox dələduzluq
meyillərinə hesablanıb. İlon Maskın “Twitter”dəki paylaşımını səbəb
gətirirlər. Həmin ildə “dogecoin” adlanan kriptovalyuta
buraxılmışdı. Buraxıldığı zamanlarda bu kriptovalyutaya “zarafat”
kriptovalyutası deyirdilər. İlon Mask bu bitkoinlə bağlı çoxlu
tvitlər paylaşırdı və inandığını bildirirdi. Nəticədə bu
kriptovalyuta 2021-ci ildə kapitalizasiyasına görə, beşinci ən
böyük kriptovalyutaya çevrilmişdi. 2013-cü ildə tədavülə buraxılan
bir dolları alanlar ehtiyatlı olmalıdırlar. Onlar bilməlidirlər ki,
bir dollarları rəzmi məzənnədən (hazırda 1,70 AZN) baha dəyişə
bilməyəcəklər”, – deyə ekspert bildirib.

Teqlər: