Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, S.Bayraqdar bu barədə Feysbuk hesabında paylaşım edib.
“Bir dəfə yüksələn bayraq bir daha enməz. Qardaş ölkəmiz, can Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Birliyimiz, həmrəyliyimiz əbədi olsun!” – deyə o, paylaşımda qeyd edib.