Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 29-da rayonun Körpüqıran kəndində qeydə alınıb.
Belə ki, Körpüqıran kənd sakinləri – 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü Asimə Ələkbər qızı Həsənova, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Fatma Mətiş qızı Həsənova və 1983-cü il təvəllüdlü Aqil Azər oğlu Həsənov dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.