II Dünya müharibəsi hadisələrinin xatirəsi abidələrdə deyil, insanların qəlbində yaşayır.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa, Baltikyanı ölkələr və Ukraynada sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidələrin dağıdılmasını tənqid edərkən deyib.
“Həmin müharibənin qurbanlarının, atalarımızın, babalarımızın qəhrəmanlığının xatirəsi bu gün çoxlarının, xüsusən də qatillərin, satqınların ideoloji əlaltılarının yaşamasına mane olur. Parlamentlərində cəlladları qarşılayanlar Polşada, Baltikyanı ölkələrdə, Ukraynada məzarlara, abidələrə qarşı müharibəyə başlayan onlardır. Bu, tam dəlilikdir. Necə düşünürsən ki, bir abidəni dağıtmaqla xalqın qəlbində yaşayan xatirəni məhv edəcəksən?”, – Lukaşenko vurğulayıb.