BioNTech Almaniyada daşqınlardan ziyan çəkənlərə 1 milyon avro ayıracaq

“BioNTech” şirkəti Almaniyanın qərbindəki daşqından zərər çəkən bölgələrə 1 milyon avro yardım ayırmaq niyyətindədir.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətdən məlumat verilirib.


“BioNTech” Almaniyada Təbii fəlakətlər üzrə yardım birliyinə 1 milyon avro ayıracaq. Bununla şirkət həmrəyliyini ifadə etmək və yaxınlarını, dostlarını, evlərini və əmlaklarını itirən çox sayda insana dəstək olmaq istəyir”, – məlumatda bildirilir.

Teqlər: