Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, binanın damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.