Binəqədidə yanğın oldu

Binəqədidə yanğın oldu

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda 3 hektar sahədə quru ot yanıb.

Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın saat 23:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.