Binəqədidə neft kəmərlərinə məxsus 600 metr boru oğurlanıb (FOTO/VİDEO)

Binəqədi rayonunda müxtəlif ünvanlarda quraşdırılan 22 ədəd su
sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Binəqədi
Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən
oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş
Şəhriyar Mollayı tutularaq istintaqa təqdim edilib. Həmin şəxs
ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu
məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi
saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı
Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən
ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqili
xəttini oğurlanmaqda şübhəli bilinən şəxs də saxlanılıb. Əməliyyat
zamanı əvvəllər məhkum edilmiş Elmar Abbasov tutularaq istintaqa
təqdim edilib. Həmin şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib
və metal boruları satdığını bildirib.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar
Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Şəhriyar Mollayı və
Elmar Abbasov barəsində həbs qətimkan tədbirləri seçilib. Onların
ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.

Teqlər: