Bakı şəhəri, Binəqədi rayonunda həyətyanı ərazidə ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları və yaxınlıqdakı evin hasarının üzərinə quraşdırılan talvar 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.