Binəqədidə Əfqanıstan vətəndaşı arvadını öldürüb

Xəbər - Samir Əli -Trend:

İyulun 09-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Binəqədi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanistan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ittiham elan etmək üçün barəsində axtarış elan edilmişdir.


Cinayət işi üzrə istintaq davam edir.

Teqlər: