Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı
avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan
oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Binəqədi
Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni
törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov
tutulub.
Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini
sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov
barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon
məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada
həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi
istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.