Binəqədi qəsəbəsində 25 evin su sayğacını oğurlayan şəxs
saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Binəqədi
Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat nəticəsində həmin cinayətləri törətməkdə
şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq
istintaqa təqdim edilib.
O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda 25 evin su sayğacını
oğurladığını və əlvan metal qəbulu məntəqələrindən birinə satdığını
bildirib. Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq
maddi sübut kimi götürülüb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar
Binəqədi Rayon Polis İdarəsinə göndərilib araşdırmalar davam
etdirilir.