Binəli Yıldırımın səhhəti ilə bağlı son açıqlama…

Binəli Yıldırımın səhhəti ilə bağlı son açıqlama…

AKP-nin sədr müavini Binəli Yıldırımın səhhəti normaldır, qırıq səbəbindən bu gün keçirilən əməliyyat uğurla tamamlandı.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb.

“Azərbaycanda keçirdiyi yol qəzasından sonra Başakşehir Çam və Sakura Xəstəxanasında müalicəsi davam etdirilən hörmətli Binəli Yıldırımın səhhəti normaldır. Qırıq səbəbindən bu gün baş tutan əməliyyat uğurla tamamlandı”, – deyə Qoca bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil ötən gün Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Teqlər: