Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayan Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Tviter səhifəsində səhhəti ilə bağlı paylaşım edib.
AzerTimes xəbər verir ki, Binəli Yıldırım səhhətinin yaxşı olduğunu bildirib.
“Azərbaycana səfərimiz zamanı yol qəzasına uğradıq. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada tibbi nəzarət altındayıq. Dua edib xoş arzularını çatdıran hər kəsə təşəkkürlər”, – Binəli Yıldırım sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, onun mühafizəçisi və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.