Azərbaycanda səfərdə olarkən avtomobil qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırım Türkiyədə müalicə aldığı xəstəxanada yenidən əməliyyat olunub.
AzerTimes xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, B.Yıldırım baş dərisində toxuma itməsi səbəbindən toxuma transplantasiyası əməliyyatı keçirib.
Sədr müavinin vəziyyətinin yaxşı olduğunu bildirib.