Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin sabiq baş naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım Azərbaycanda baş vermiş helikopter qəzası ilə əlaqədar başsağlığı verib.
Trend-in məlumatına görə, o, bu barədə “Twitter” səhifəsində yazıb.
“Azərbaycanda baş vermiş hərbi helikopter qəzası nəticəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Yaralılara tez bir zamanda şəfa arzulayıram”, – deyə o, bildirib.