Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il
təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olmuşdur.
Xəzər Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il
təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında
yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq
xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilmişdir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanmışdır.
Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.