Binədə ağır yol qəzası oldu

Binədə ağır yol qəzası oldu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 14-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Gəncəvi Gənciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əhəd Əsədovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.