Binanın söküntüsünü aparan podratçı şirkətin ehtiyatsızlığından hadisə baş verib – “City Garden”nin direktoru (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Kütləvi İnformasiya vasitələrində yaşayış binasında uçqun olması
barədə yayılan məlumat əsassızdır.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “City
Garden” şirkətinin direktoru İbrahim Dostu Əliyev deyib.

O bildirib ki, bina iki mərtəbəli qeyri-yaşayış sahəsidir və
bina layihə dəyişikliyi zamanı uçurulub.

“Bina texniki təyinatlıdır. Binanın layihəsində köklü dəyişiklik
olduğu üçün beton qəlblərin söküntüsünə başlanıb.

Binanın söküntüsünü aparan podratçı şirkətin ehtiyatsızlığından
hadisə baş verib. Hadisə nəticəsində cəmi bir nəfər xəsarət alıb.
Söküntü işlərindən cəmi 6 nəfər işləyib, onlardan biri yüngül
xəsarət alıb”,-deyə direktor bildirib.

Teqlər: