Gəncə prospektində söküntü işləri aparan ekskavatorun havaya buraxdığı tüstü narazılığa səbəb olub.
Sakinlərin AzerTimes-a verdiyi məlumata görə, ekskavator bütün gün ərzində qatı tüstü buraxaraq çalışır. Sakinlərin sözlərinə görə, qatı tüstü havanı o qədər çirkləndirir ki, nəfəs almaqda çətinlik yaranır. Hətta evlərin pəncərələrini açmaq belə mümkün olmur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq araşdırma aparıldığı bildirilib.