Xəbər - Ceyhun Ələkbərov – Trend:
Bakıda binadan başına daş düşən Əli Şabanovun vəziyyəti ağır olaraq qalmaqdadır.
Bu barədə AzerTimes-a Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Rövşən Bağırov deyib. Onun sözlərinə görə, yeniyetmə koma vəziyyətindədir:
“Xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır. Koma vəziyyətindədir və tənəffüsü süni ventilyasiya ilə davam etdirilir. Durumunda ciddi bir dəyişiklik yoxdur. Təəssüflər olsun ki, aparılan intensiv reanimasiyon müalicələrə baxmayaraq, xəstədə hər hansısa yaxşılaşma reaksiyası əldə etmək mümkün olmayıb”.
R.Bağırov əlavə edib ki, yeniyetmənin vəziyyətinin yaxşılaşması üçün bütün cəhdlər və müalicələr aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.
Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.