İranın Zəngəzurdakı konsulluğunun binasında aparılan təmir işləri hələ də yekunlaşmayıb. Açılış mərasimi hələ bir neçə aydan sonra baş tutmalı idi. Amma açılış bu gün və böyük ehtimal İran tərəfinin təşəbbüsü ilə baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Zəngəzurdakı mənbələrimizin bildirdiyinə görə, bu gün gözlənilən hadisədən vilayət rəhbərliyinin xəbəri belə olmayıb. Əslində bu, kortəbii şəkildə baş verib. Xatırladaq ki, İran hakimiyyəti hələ ötən ilin dekabrında Zəngəzurda baş konsulluq açmaq qərarına gəlib, Abidin Varamin İran İslam Respublikasının baş konsulu təyin edilib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün baş tutan açılış mərasimində Ermənistanda səfərdə olan İran XİN başçısı Hüseyn Əmir Abdullahian da iştirak edib.