Bill Qeyts 200 milyardlıq sərvətini Afrikaya ayırır

Bill Qeyts 200 milyardlıq sərvətini Afrikaya ayırır

“Maykrosoft” qurucusu, milyarder Bill Qeyts sərvətinin böyük hissəsi Afrikaya ayıracaq.

AzerTimes xəbər verir ki, o, bu barədə iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı deyib.

“Mən bu yaxınlarda söz verdim ki, sərvətim növbəti 20 il ərzində köçürüləcək. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemlərin həlli üçün xərclənəcək”, – Qeyts bildirib.

O əlavə edib ki, vəsait Bill və Melinda Qeyts Fondu vasitəsilə ayrılacaq.

Milyarder daha əvvəl söyləmişdi ki, 200 milyarda yaxın vəsait 2045-ci ilə qədər müxtəlif layihələrin icrası üçün xərclənəcək.

Teqlər: