11:00
Sabah Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq.
AzerTimes xəbər verir ki, məlumatı Biləsuvar Rayon İcra Hakimiyyəti yayıb.
Məlumata görə, Biləsuvar Qaz Paylayıcı Şəbəkəsindən qidalanan 5 yaşayış məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan və Yuxarı Ağalı kəndlərinin bir hissəsində) 2 150 abonenti təbii qazla təmin edən ortaq təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi dayandırılacaq.
“Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər”, – deyə məlumatda qeyd olunub.
***
Biləsuvar rayonunda təbii qazın verilişində fasilə yaranmayacaq.
Bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata əsasən sabah aparılması nəzərdə tutulmuş sınaq işlərinin vaxtının növbəti həftələrə keçirildiyindən təbii qazın verilişində məhdudiyyət olmayacaq.