Biləsuvarın sabiq icra başçısının mənzilləri və avtomobili müsadirə olundu

Xəbər - Trend:

Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin
əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

AzerTimes-ın məlumatına görə, bu gün Sabunçu rayon Məhkəməsinin
inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim
Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Biləsuvar
rayonunun sabiq icra başçısına hökm oxunub. Hökmə əsasən,
təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan əmlaklar
müsadirə olunub.

Məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların siyahısı
bunlardır.
1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;
2. “Audi” markalı avtomobil;
3. Bakı şəhərində yerləşən daha bir mənzil.

Bundan başqa “Dost” İş Mərkəzi tərəfindən qaldırılmış mülki
iddia təmin olunub.

Qeyd edək ki, Mahir Quliyev məhkəmənin hökmü ilə 11 il
azadlıqdan məhrum edilib.

Teqlər: