Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya
şikayəti verib.
AzerTimes-ın məlumatına görə, şikayət Şirvan Apellyasiya məhkəməsinə
təqdim edilib. Yaxın vaxtlarda şikayət icrata götürüləcək.
Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən
əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin
179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət
alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan
edilib.
Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11
il azadlıqdan məhrum olunub.