Sabunçu rayon Məhkəməsinin inzibati binasında Biləsuvar
rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla
Məmmədova müdafiə çıxışı edib.
Vəkil çıxışında təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza
təyin etməyi xahiş edib.
Mahir Quliyev də son sözündə vəkilin çıxışını müdafiə edib.
Prosesdə hökm oxunub.
Hökmə əsasən Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.
Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən
əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin
179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət
alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan
edilib.