Biləsuvarda YDM-lərdə qaza görə növbələr yarandı

Biləsuvarda YDM-lərdə qaza görə növbələr yarandı

Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

AzerTimes-ın Report-a istinadn məlumatına görə, rayon sakinləri bildirib ki, dekabrın 13-15-də 3 gün müddətinə Biləsuvarda təbii qazın verilişi dayandırılacağı üçün məntəqələrə axın ediblər.

Onların sözlərinə görə, rayon ərazisində cəmi iki maye qazdoldurma məntəqəsi var ki, onların birində yanacaq bu gün günorta saatlarında bitib. Digər məntəqədə isə uzun növbə var.

Qeyd edək ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 3 gün rayonda qaz olmayacaq.

Teqlər: