Biləsuvarda VAZ aşdı: Ana və oğlu yaralandı

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobilinin aşması nəticəsində 1995-ci il təvəllüdlü Kənan İslamov və onun anası, 1974-cü il təvəllüdlü Gülnarə İslamova müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: