Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində ümumi sahəsi 260 m²
olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə,
taxta konstruksiyalardan ibarət arakəsmə divarları 100 m² sahədə və
içərisinə yığılan 1,2 ton ot bağlamasının 0,8 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tövlənin və ot
bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.