Biləsuvarda sosial yardım adı ilə vətəndaşları aldadan şəxs həbs edildi

Biləsuvarda 29 nəfəri sosial yardım və iş adı ilə aldadıb 16 min
manat alan şəxs barədə cinayət işi başlanıb.

Biləsuvar rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz
əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş
müraciətləri əsasında araşdırma aparılıb.
Aparılmış araşdırmalarla, 24 avqust 2021-ci il tarixdən “DOST İş
Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət
Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi
təqdim edib dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və
ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər
verməklə 29 nəfər şəxsdən ümumilikdə 16 min manat məbləğində pul
vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ
keçirməsinə, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik
etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin
178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq)
və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə
cinayət işi başlanmışdır.
Elman Nuriyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə
ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: