Biləsuvarda sel təhlükəsi mövcuddurmu?

Biləsuvarda sel təhlükəsi mövcuddurmu?

Biləsuvar rayonunda bir neçə gün öncə sel təhlükəsi yaşanan Bolqarçay çayında suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, çayda gursululuq nəticəsində Bolqarçay su anbarı da dolub.

Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub.

Sel sularının qarşısının alınması üçün xüsusi qərargah yaradılıb.

Teqlər: