Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində bir kənd qazsız qalıb.
AzerTimes xəbər verir ki, rayonun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.
Nəticədə Əsgərabad kəndində 800 abonentin qaz təchizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.