Biləsuvarda maşın qaz xəttinə çırpıldı: kənd qazsız qaldı

Biləsuvarda maşın qaz xəttinə çırpıldı: kənd qazsız qaldı

Biləsuvar rayonunda yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü VAZ 2107 markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb. Hazırda qəzanın fəsadları aradan qaldırılır.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: