Biləsuvarda kütləvi dava zamanı üç nəfər xəsarət alıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Hadisə zamanı rayon sakinləri – 1984-cü il təvəllüdlü T.Nərimanov, 1973-cü il təvəllüdlü E.Hüseynov və 1982-ci il təvəllüdlü R.Abbasov xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Davanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.