Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonunda “BMC” və “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.