Biləsuvarda ev yanıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Əsgərabad kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.