Dünən Biləsuvar rayonunun Səmədabad kəndində su kanalının
daşması səbəbindən bəzi evləri və onların həyətyanı sahələrini su
basıb.
Bunu AzerTimes-a kəndin bələdiyyə sədri Əliislam Orucov
bildirib.
Onun sözlərinə görə, dünən kənd sakinlərindən birinin həyətyanı
sahəsini suvarmaq üçün bəndi açıb.
“Nəticədə iki evin həyətyanı sahələrini və bir neçə vətəndaşın
hasara alınmış torpaqlarını su basıb. Hadisə nəticəsində ev
sahiblərinə maddi ziyan dəyməyib. Dünən aidiyyatı qurumlarla bəndi
bərpa elədik. Hazırda kənd əhalisi üçün heç bir təhlükə
yoxdur”,-deyə bələdiyyə sədri bildirib.